Vilayət Eyvazovdan yeni təyinat  

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəlilov Əhməd Siyəzən Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

O, Gəncə Şəhər Baş Polis İdarəsinin Xidmət üzrə müavini vəzifəsinə təyinat alıb.

 

Vilayət Eyvazovdan yeni təyinat - Milliyol.az