Vilayət Eyvazovdan yeni kadr təyinatı  

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə yeni təyinat olub.

MilliYol.Az "Report"a istinadən xəbər verir ki, bu vəzifəyə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik leytenantı Rübail Valehov təyin edilib.

Qeyd edək ki, R.Valehov bundan öncə Kəlbəcər rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzisində çalışıb.