Əfqan Sadıqov həbs edildi

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində daha bir təyinat olub.

MilliYol.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Arzu Rzayev Kürdəmir Rayon Polis Şöbəsinə rəis gətirilib.

O, bundan əvvəl Siyəzən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Vilayət Eyvazov yeni rəis təyin etdi - Milliyol.az