Əfqan Sadıqov həbs edildi

Vilayət Eyvazov idarə rəisini təqaüdə göndərdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-leytenant Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi polkovnik-leytenant Mahir Məmmədyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Məlumatı BDYPİ-dən təsdiqləyiblər.

Qeyd edək ki, M.Məmmədyarov 2016-cı ilin sentyabrında bu vəzifəyə təyin olunmuşdu.

Bu dövrdə xəbər yoxdur.

Vilayət Eyvazov idarə rəisini təqaüdə göndərdi - Milliyol.az