Əfqan Sadıqov həbs edildi

Vilayət Eyvazov bu rayonlara və idarəyə rəislər təyin etdi

Beyləqan və Yevlaxa yeni polis rəisi təyin edilib.

MilliYol.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi pois polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Vilayət Eyvazovun müvafiq əmri ilə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.

 

 

Bu dövrdə xəbər yoxdur.

Vilayət Eyvazov bu rayonlara və idarəyə rəislər təyin etdi - Milliyol.az