“Vəzifəli adamların videolarını çəkib...” - Mədət Quliyev


Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev son günlər “reket” jurnalistlərə qarşı keçirilən əməliyyatlardan danışıb.

M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd edib: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. Bunlara hüquqi qiymət veriləcək”.(qafqazinfo)

MilliYol.Az
“Vəzifəli adamların videolarını çəkib...” - Mədət Quliyev - Milliyol.az