Əfqan Sadıqov həbs edildi

Vergilər Nazirliyi büdcəyə neçə milyard ödəyib?

Bu ilin noyabr ayına qədər Vergilər Nazirliyinin dövlət büdcəsinə ödədiyi vəsaitin miqdarı açıqlanıb.

MilliYol.Az nazirliyin saytına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 6 milyard 295  milyon 813,0  min manat vəsait ödənilib.
 
Nazirlik bildirir ki, bu göstərici ilə 11 aya müəyyənləşdirilmiş tapşırıq tam yerinə yetirilib.
 
Cari ilin yanvar-noyabr aylarında respublika üzrə 127 180 yeni vergi ödəyicisi qeydiyyata alınıb. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Vergilər Nazirliyi büdcəyə neçə milyard ödəyib? - Milliyol.az