Vasif Talıbovdan rəis təyinatı


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vəli Novruzovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb

Fərmanda deyilir:”Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vəli Zihralı oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, Vəli Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.