Əfqan Sadıqov həbs edildi

Varşava hava limanında 3 erməni saxlandı

3 erməni vətəndaşı Varşavada kokain keçirməyə cəhd göstərərkən yaxalanıb

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Polşa polisi Barselonadan İrəvana səyahət edən 25, 35 və 44 yaşlı 3 erməninin Varşavada saxlanıldığını təsdiqləyib.

Gömrük əməkdaşları onların hava limanının tranzit bölməsində özlərini şübhəli şəkldə aparmalarına diqqət yetiriblər.

“Poland Radio”nun məlumatına əsasən, hər üç erməninin alt paltarlarında 4 paketə yerləşdirilmiş yüksək keyfiyyətli 770 qram kokain aşkar olunub.

Xəbərdə onların hər birinin 15 illik həbs cəzası gözlədiyi vurğulanıb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Varşava hava limanında 3 erməni saxlandı - Milliyol.az