Əfqan Sadıqov həbs edildi

Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA)

ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Modern.az məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. T.Mustafayev məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.

Modern.az-ın əldə etdiyi məlumata görə, jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-dəsturktur islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı bildirilir.

T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinənin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.

Bu dövrdə xəbər yoxdur.

Vaqif Aydınoğlu Tanrıverdi Mustafayevin yerinə təyin olunub? (AÇIQLAMA) - Milliyol.az