Əfqan Sadıqov həbs edildi

"Uşaqlarımı dəbdəbəyə öyrəşdirməməyə çalışıram" - Emin


Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın “Esquire” dərgisinin qonağı olub

Axşam.az-ın məlumatına görə, sənətçi “O природе роскоши” rubrikasında sualları cavablandırıb.

- Sizin üçün əsl dəbdəbə nədir?

- Rahatlıq hissi əsl rahatlıqdır. Yaxınlarının və sənin heç yerin ağrımırsa, bu əsl dəbdəbədir.

- Pul sizin üçün vacibdir?

- Pul yatırımlar etmək, uğurlar qazanmaq üçündür. Amma hər şey pula görə edilmir. Pul yeni layihələri gerçəkləşdirmək üçün sadəcə bir vasitədir. 

- Bəs vaxt dəbdəbədir? 

- Əsas olmayan, amma lazımlı hissə vaxtdır. 

- Övladlarınızı dəbdəbəyə öyrəşdirirsiniz?

- Onları əzizləməməyə çalışıram. Amma hələ alınmır. Onları bahalı mebelə, avtomobilə, evə öyrəşdirməməyə çalışıram. 

- Atanız sizə məsləhətlər verir?

- Heç vaxt məsləhət verməyib, indi də vermir. 37 yaşım var, atam hələ də mənim üçün istedad göstəricisidir. Ona oxşamaq istəyirəm. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

"Uşaqlarımı dəbdəbəyə öyrəşdirməməyə çalışıram" - Emin - Milliyol.az