"Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları tərəfindən Laosa daha çox investisiya yatırılacaq".
MilliYol.az xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.
O deyib ki, daha çox ticarət olacaq, daha çox turistlər səfər edəcək və mədəniyyət sahəsində mübadilələr həyata keçiriləcək.






























