Əfqan Sadıqov həbs edildi

“Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram” - Angela Merkel

“Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğrusuz hadisələrin məsuliyyətini mən daşıyıram"

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının rəhbərliyi ilə görüşdə deyib.

O bildirib ki, başçılıq etdiyi hökumət artıq etibarını itirib.

“Bavariya və Hessedə keçirilən seçkilər və hökumətin qurulması ilə bağlı anlaşılmazlıqlardan sonra əvvəlki kimi fəaliyyət göstərməyəcəyik”, – deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, o, partiyasının dekabrda keçiriləcək qurultayın sədr postuna namizəd olmayacağını bildirib. Bu həm də onun 2021-ci ildə kansler postuuna namizəd olmayacağı deməkdir. Partiya sədrliyinə namizədin parlamentdəki Mühafizəkar Fraksiyanın başçısı Fredrix Merzin olacağı ehtimal edilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram” - Angela Merkel - Milliyol.az