Əfqan Sadıqov həbs edildi

Ucarda güclü yanğın: iki nəfər xəsarət aldı


Ucarda fərdi yaşayış evi yanıb

APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında  rayonun Qarabörk kəndində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rais  Əlsurət oğlu Məmmədova  məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin  texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.
 
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan Azad oğlu Əhmədli yanıq  xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  

Bu dövrdə xəbər yoxdur.

Ucarda güclü yanğın: iki nəfər xəsarət aldı - Milliyol.az