Əfqan Sadıqov həbs edildi

Ucarda ev əşyaları ilə birgə yandı


Ucarda yanğın hadisəsi qeydə alınıb

Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, Ucar rayonunun Bərgüşad kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 130 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Ucarda ev əşyaları ilə birgə yandı - Milliyol.az