Əfqan Sadıqov həbs edildi

Türkiyəyə qaçaqmal telefon keçirən azərbaycanlılar tutuldu


Türkiyəyə qanunsuz yolla telefon gətirmək istəyən azərbaycanlılar tutulub

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qars Polis İdarəsi Qaçaqmalçılıqla Mübarizə Şöbəsinə avtomobillə qaçaq mobil telefon gətirilməsi haqqında məlumat daxil olub.

Polis azərbaycanlılardan ibarət dəstənin istifadə etdiyi avtomobillə bağlı əməliyyata başlayıb. Qarsda avtomobil saxlanılıb və ona baxış keçirilib.

Avtomobildən gömrük nəzarətindən keçməyən 130 mobil telefon aşkarlanıb. Hadisə ilə bağlı iki nəfər şübhəli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

Türkiyəyə qaçaqmal telefon keçirən azərbaycanlılar tutuldu - Milliyol.az