Bir neçə ay bundan qabaq Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva yenidən gündəmə gəlməyi bacarıb.
MilliYol.Az primetime.az-a istinadən xəbər verir ki, müğənni barmağında təkqaş nişan üzüyünün fotosunu şəxsi hesabında paylaşaraq: "Ey canımın sahibi, yar! Sən mənimlə olduqdan sonra itirdiklərimin nə önəmi var", - sözlərini yazıb.
Hər kəs nişanlanan Ayanı bu münasibətlə təbrik yağışına tutub. Qeyd edək ki, Bakını tərk edib, qardaş ölkədə yaşayan müğənni orada restoran biznesi ilə məşğul olur.
MilliYol.Az


































