Türkiyənin tanınmış müğənnisi xəstəxanaya yerləşdirilib


Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal xəstəxanaya yerləşdirilib

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, evinin avtoparkında huşsuz vəziyyətdə tapılıb.

Müğənni təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər sənətçinin vəziyyətini ağır kimi qiymətləndiriblər.

MilliYol.Az