Türkiyəli iş adamları Xəzər dənizindəki dalğalardan şikayət etdilər


"Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd keçid məntəqəsində olan problemləri aradan qaldırmaq lazımdır"

"Report" xəbər verir ki, Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda çıxış edən Şərqi Qaradəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan deyib.

A.Gürdoğanın sözlərinə görə, iki ölkə arasındakı yüklərin dəniz yolu ilə daşınmasına Xəzərdəki dalğalar da mane olur: "Xəzər dənizində olan dalğalar gəmilərimizin hərəkət etməsinə mane olur. Türkiyə bu sahədə böyük uğurlar əldə edib. Bizim dalğaqıran gəmilərimiz var. Amma Xəzərdə bu yoxdur. Bu dalğalar üzündən gəmilər bəzən 15-20 gün işləyə bilmir".  

MilliYol.Az
Türkiyəli iş adamları Xəzər dənizindəki dalğalardan şikayət etdilər - Milliyol.az