Əfqan Sadıqov həbs edildi

Türkiyədə hərbiçilərin avtomobili aşdı: 2 ölü, 7 yaralı

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi avtomobil aşıb

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, Dərəcik bölgəsi istiqamətində hərəkətdə olan avtomobil döngədə sürücünün idarəetməsindən çıxıb və dərəyə yuvarlanıb.

Hadisə nəticəsində 2 əsgər dünyasını dəyişib. 5-i ağır olmaqla 7 əsgər isə yaralanıb.

Yaralılar Yüksəkova dövlət xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.

 MilliYol.az

Türkiyədə hərbiçilərin avtomobili aşdı: 2 ölü, 7 yaralı - Milliyol.az