Türkiyə birjalarında dollar bir qədər gerilədi


Bu gün səhər saatlarında Türkiyənin valyuta birjalarında ABŞ dollarının məzənnəsi sürətli artımını bir qədər ləngidib

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, hazırda qardaş ölkədə 1 ABŞ dolları 5,24 TL məzənnəsi ilə alınıb-satılır.

Eyni zamanda, avronun da məzənnəsi cüzi azalıb. 1 avro 6,08 türk lirəsinə bərabərdir.

MilliYol.Az
Türkiyə birjalarında dollar bir qədər gerilədi - Milliyol.az