Əfqan Sadıqov həbs edildi

Tramp mətbuatı insanların düşməni adlandırdı

ABŞ prezidenti Donald Tramp “feyk” KİV-ləri xalqın əsl düşməni adlandırıb

ABŞ prezidenti Donald Tramp “feyk” KİV-ləri xalqın əsl düşməni adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

Tramp qeyd edib ki, həmin media strukturları ölkədəki ziddiyyətlərə və düşmənçiliyə görə respublikaçıları günahlandırmağa çalışır.

“Feyk KİV-lər xalqın əsl düşmənləridir. Onlar xəbərləri dolğun və dəqiq çatdıraraq, açıq düşmənçiliyə son qoymalıdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Tramp bu şərhi Pittsburqda sinaqoqdakı atışma, habelə Demokrat Partiyasının aparıcı siyasətçilərinə və CNN əməkdaşlarına şübhəli bağlamalar göndərildikdən sonra yazıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tramp mətbuatı insanların düşməni adlandırdı - Milliyol.az