Əfqan Sadıqov həbs edildi

Tovuzda yanğın: 2 ölü


Tovuz rayonunda baş verən yanğında iki nəfər ölüb

Hadisə rayonun mərkəzində yerləşən Mərdan Musayev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Hadisə nəticəsində dünyasını dəyişənlər 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmsəd qızı və onun həyat yoldaşı Fərman Məmmədovdur.

Yanğın nəticəsində onların övladları da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report.az)

Bu dövrdə xəbər yoxdur.

Tovuzda yanğın: 2 ölü - Milliyol.az