Tovuzda müəllim “Son zəng“ zamanı ölüb



Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

MilliYol.Az
Tovuzda müəllim “Son zəng“ zamanı ölüb - Milliyol.az