Tovuzda yol qəzası baş verib
APA-nın verdiyi xəbərə görə, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az































