Tovuzda faciəli hadisə –Üç uşaq anası özünü yandırdı


Tovuz rayonunda üç uşaq anası özünü yandırıb

Rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib. İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsi olub. Fakt üzrə araşdırmalar davam etdirilir. (Report)

MilliYol.Az