Əfqan Sadıqov həbs edildi

Tovuzda 6 kəndi dolu vurdu


Qeyri-sabit hava şəraiti Tovuz rayonunda təsərrüfata ziyan vurub

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə,  Tovuz rayon İcra Hakimiyyətindən bildirilib ki, iyunun 12-də gecə saatlarında rayonun 6 kəndinə dolu düşüb. 

Hadisə nəticəsində rayonun Əlimərdanlı, Şıxheybət, Muncuqlu, Qoşa, Pələkli və Çataq kəndlərində kartof sahələrinə ziyan dəyib ki, bunun da məhsuldarlığa təsiri qaçılmazdır. Hazırda ərazidə sakinlərə dəymiş ziyan hesablanır.

İcra Hakimiyyətindən bildiriblər ki, hadisə nəticəsində rayon ərazisindəki evlərə, obyekt və yollara ziddi ziyan dəyməyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tovuzda 6 kəndi dolu vurdu - Milliyol.az