Əfqan Sadıqov həbs edildi

Tovuzda 18 yaşlı gənc atasına xəsarət yetirib

Tovuz rayonunda 18 yaşlı gənc şüşə parçası ilə atasına xəsarət yetirib
Hadisə rayonun Əyyublu kəndində baş verib. Belə ki, həmin kəndin sakini, 1970-ci il təvəllüdlü Nəbi İsa oğlu Əliyev bədənin müxtəlif nahiyələrində nüfuza daxil etməyən kəsici və deşici xəsarətlərlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, hadisəni onun oğlu, 2000-ci il təvəllüdlü Elxan Nəbi oğlu Əliyev ailə münaqişəsi zəminində törədib.

Faktla bağlı araşdırma aparılır. (Report)
Tovuzda 18 yaşlı gənc atasına xəsarət yetirib - Milliyol.az