Əfqan Sadıqov həbs edildi

Tokay Məmmədovla vida mərasimi keçirilir



Təzə Pir məscidində xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovla vida mərasimi başlayıb

Vida mərasimində mədəniyyət və ictimaiyyət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak edir.

Saat 12:00-dan 14:00-dək davam edəcək vida görüşündən sonra görkəmli sənətkarın cənazəsi torpağa tapşırılmaq üçün II Fəxri Xiyabana aparılacaq.

Tokay Məmmədov mayın 2-də 91 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

O, bir çox heykəllərin və qəbirüstü abidələrin, o cümlədən, Nəsimi, Məhəmməd Füzuli, Məşədi Əzizbəyov, Üzeyir Hacıbəyov, Koroğlu və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tokay Məmmədovla vida mərasimi keçirilir - Milliyol.az