Tikinti materialları bazarında yanğın söndürülüb



Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

"Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb", - deyə Ş.İbadov vurğulayıb.     
 
Yanğın təxminən 10-dan artıq dükanda qeydə alınıb.

MilliYol.Az
Tikinti materialları bazarında yanğın söndürülüb - Milliyol.az