Əfqan Sadıqov həbs edildi

Tibilisi-Bakı qatarı yolda qaldı – Elektrik kəsilib


Dünən axşam saat 20:35-də Tbilisidən Bakıya yola düşən sərnişin qatarı hələ də Bakıya çatmayıb

Qatar təxminən 4 saatlıq gecikmə ilə hərəkət edir. Məlumata görə, Böyük Kəsik stansiyasında elektrik verilişində baş vermiş ayrılma səbəbindən qatar xeyli ləngiyib.

Azərbaycan Dəmir Yolları Qapalı Cəmiyyətindən Lent.az-a bildirilib ki, Tbilisi-Bakı qatarı saat 12:00-da mənzil başına çatacaq.
Tibilisi-Bakı qatarı yolda qaldı – Elektrik kəsilib - Milliyol.az