Əfqan Sadıqov həbs edildi

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq öldü


Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib

"Report"un xəbərinə görə, Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silən zaman 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alan N.İsmayılzadə nişanlı olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq öldü - Milliyol.az