Əfqan Sadıqov həbs edildi

Tatlısəs binasını satışa çıxardı - 15 milyon dollara


Müğənni İbrahim Tatlısəs bir müddətdir ki, İzmirdə yaşayır

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, şəhəri çox bəyənən sənətçi İstanbulla əlaqəsini tamamilə kəsmək niyyətindədir. Belə ki, Tatlısəs Seyrantəpədəki şirkətinin mərkəzi binasını satışa çıxarıb. O, bu bina üçün 15 milyon dollar istəyir. 

Müğənni satışdan əldə edəcəyi pulla İzmirdə otel açıb turizm işinə qayıtmaq arzusundadır. O, həmin binadakı “Tatlısəs kabab” məkanınını da başqa yerə köçürmək qərarı alıb. 

İbrahim, eyni zamanda yeni albomunu bitirmək üzrə olduğunu və bu yaxınlarda işıq üzü görəcəyini açıqlayıb.

Bu dövrdə xəbər yoxdur.

Tatlısəs binasını satışa çıxardı - 15 milyon dollara - Milliyol.az