Əfqan Sadıqov həbs edildi

Taksi sürücüsünü qaçırıb İsmayıllıda meşəyə atdılar


Bakı-Gəncə marşrutu üzrə şəxsi “Mercedes” markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb

“Report”un xəbərinə görə, Gəncəyə getmək adı ilə M.Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Taksi sürücüsünü qaçırıb İsmayıllıda meşəyə atdılar - Milliyol.az