Əfqan Sadıqov həbs edildi

Sumqayıtda tanınmış iş adamı vəfat etdi (FOTO)

Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib.

MilliYol.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
 
Belə ki, iş adamı insultdan vəfat edib.
 
Qeyd edək ki, Mais İsmayıl oğlu Nəcəfov 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1970-ci ildə Sumqayıt şəhərinə köçüb.
 
O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.
 
1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən məscid onun təşəbbüsü ilə inşa olunub.
 
M.Nəcəfovun bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
 

Bu dövrdə xəbər yoxdur.