Əfqan Sadıqov həbs edildi

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır


Hazırda Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasında 46 uşağın stasionar müalicəsi davam etdirilir

Bu barədə modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
 
S.Əhmədova qeyd edib ki, bu gün onlardan 18 nəfərinin evə buraxılacağı gözlənilir:
 
"Bütün xəstələrə bütün lazımi tibbi yardımlar edilib".
 
İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.
 
Məsələ ilə bağlı "Azərsu" ASC-nin yaydığı məlumatda bildirilir ki,  H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış kütləvi zəhərlənmə içməli sudan baş verməyib. Suyun tərkibi standartlara cavab verir.
 
Səhiyyə Nazirliyinin iyunun 12-də yaydığı məlumatda bildirilib ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan rotavirus infeksiyasıdır. Ehtimal olunur ki, onun yayılmasına səbəb su paylayıcı şəbəkədir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sumqayıtda sudan zəhərlənən uşaqların 46-sı hələ də xəstəxanadadır - Milliyol.az