Əfqan Sadıqov həbs edildi

Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı öldürülüb


Sumqayıt şəhərində qətl hadisəsi törədilib

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda Dövlət Gömrük Komitəsinin əməkdaşı öldürülüb - Milliyol.az