Əfqan Sadıqov həbs edildi

Sumqayıtda dəhşətli qəza: bir ailə məhv oldu - FOTOLAR


Ötən gecə Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

MilliYol.Az xeberle.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Elşən Əliyevin idarə  etdiyi  "Hyunday Elantra” markalı avtomobillə "Mersedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində E. Əliyevin sərnişini - həyat yoldaşı Aysel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. 

E. Əliyev isə Sumqayıt şəhər Təcili Tibbi Yardım  Xəstəxanasına yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq onun həyatını  xilas etmək mümkün olmayıb.

Ailənin iki azyaşlı övladı  var.

Faktla bağlı araşdırma  aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Sumqayıtda dəhşətli qəza: bir ailə məhv oldu - FOTOLAR - Milliyol.az