Əfqan Sadıqov həbs edildi

Sumqayıtda 25 yaşlı qadın intihara cəhd edib


Sumqayıt şəhərində 25 yaşlı qadın intihara cəhd edib

“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Göyərçin abidəsi yaxınlığında – dəniz kənarında baş verib.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Ləman Tofiq qızı Həsənova özünü dənizə atmaq istəyib. Ətrafda olan insanların sayıqlığı nəticəsində o xilas edilib.

Xəstəxanaya çatdırılan qadının 3 gün bundan öncə naməlum şəxs tərəfindən döyüldüyü və bu səbəbdən intihara cəhd etmək istədiyi məlum olub.

Hazırda fakt üzrə araşdırma aparılır.