Əfqan Sadıqov həbs edildi

Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutuldu


Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar
DİN-dən verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadə və qardaşı İsmayıl Həsənəlizadə saxlanılıblar. (trend)
Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutuldu - Milliyol.az