“Hər kəs danışanda öz mədəniyyətini göstərir. Dedi-qodu edənləri, neqativ danışanları “blok” edirəm”
Bu sözləri xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” proqramına açıqlamasında deyib.
Müğənni şou-biznesin yaradıcısı olduğunu və bu arenadan uzaq gəzdiyini vurğulayıb: “Eşidirəm, amma özümü eşitməzliyə vururam. Onların danışdıqlarını da qəbul etmirəm.
Şou-biznesi yaradan və şou-biznesdən kənar gəzən, oraya aidiyyəti olmayan da mənəm! Hər şey dəyişib.
Gecə həyatım 99 faiz yoxdur. Dostlaırm üzümə həsrətdir, onlar məni səhər görə bilərlər. Məsafəni qoruyub saxlamaq lazımdır”. (qafqazinfo.az)
MilliYol.az


































