Əfqan Sadıqov həbs edildi

ŞOK HADİSƏ! Azərbaycanda bir gecədə 800 ağac kəsildi - VİDEO

Gecə bağa girən naməlum şəxslər ağacları kəsib

Masallı rayonunda 4 hektara yaxın meyvə bağı məhv edilib. İstiPress-in Cənub bürosunun məlumatına görə, rayonun Hüseynhacılı kəndində fermer Aşur Mahmudova məxsus kivi bağındakı 800 məhsuldar ağac  naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında kəsilib.

Bağ sahibi Aşur Mahmudov hadisədən bu gün səhər saatlarında bağa gələrkən xəbər tutub və dərhal yerli qurumları - icra nümayəndəsini, bələdiyə sədrini,  rayon polis şöbəsini məlumatlandırıb.

Bağ sahibinin dediyinə görə, burdakı ağacların təqribən 90% kəsilərək yarasız vəziyyətə salınıb. Maraqlıdır ki, əraziyə təhlükəsizlik məqsədilə veb kamera da quraşdırılıbmış, ancaq gecə saatlarında çəkilən kadrların nə qədər keyfiyyətli olcağı polis baxışından sonra məlum olacaq.

A.Mahmudov hələlik bu işdə konkret kimsədən şübhələnmədiyini, ona külli miqdarda ziyan dəydiyini deyir .

Faktı Masallı rayon polis şöbəsi araşdırır. 



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ŞOK HADİSƏ! Azərbaycanda bir gecədə 800 ağac kəsildi - VİDEO - Milliyol.az