Müğənni Şöhrət Məmmədov Azərbaycandan getməsi ilə bağlı yayılan iddialardan danışıb.
MilliYol.az xəbər verir ki, o şəxsi instaqram hesabında paylaşım edərək Niderlanda köçməsinin səbəbini açıqlayıb.
İfaçı qeyd edib ki, həyat yoldaşı niderlandlıdır. Bu səbəbdən də o Niderlandda yaşamağa qərar verib.
Şöhrət Məmmədov ölkəsini tərk etməsinin qaçmaq və ya incikliklə əlaqələndirilməsini də təkzib edib:
"Nə qaçmışam, nə də küsmüşəm. Hər şey mükəmməldir. Hər şey qaydasındadır. Qısacası, bildirim ki, mən qaçmamışam. Bu, mənim haqqımdır. Arada darıxanda öz evimə, öz kəndimə gələcəm. Mənim orada böyük ailəm var. Toylarınızda yanınızda olacağam".
Xatırladaq ki, Şöhrət Məmmədov 2024-cü ilin oktyabr ayının sonlarında ailə həyatı qurub. O efirdə həyat yoldaşının Türkiyə vətəndaşı olduğunu açıqlamışdı.


































