Əfqan Sadıqov həbs edildi

SOCAR-ın ABB-dəki depozit portfeli 1,3 mlrd. manat azalıb


SOCAR bankların vəziyyətini daim nəzarətdə saxlayır

"SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında saxlayır".

"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin vəsaitlərinin əsas hissəsi Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilib və hökumət tərəfindən nəzarət olunur.

"Şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 2016-cı il dekabrın 31-i tarixinə 1,154 milyard manat (2015-ci ildə 2,529 mlrd. manat) təşkil edib", - deyə hesabatda qeyd olunub.

Bildirilir ki, SOCAR hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

SOCAR-ın ABB-dəki depozit portfeli 1,3 mlrd. manat azalıb - Milliyol.az