Əfqan Sadıqov həbs edildi

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlayıb


2016-cı ildə SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 mln. 522,4 min ton xam neftin 5 mln. 999,8 min tonu emala yönəldilib, 1,439 mln. tonu isə ixrac edilib

“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun “İki sahil” jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 mln. 516,28 min ton) ixrac olunub.

“SOCAR tərəfindən bu dövrdə 6 mlrd. 266,8 mln. kubmetr qaz hasil edilib, 298,4 mln. kubmetr qaz idxal edilib və “Şahdəniz” yatağından 3 mlrd. 463,6 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 762,6 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 mlrd. 677,1 mln. kubmetri daxili bazarda satılıb, 1 mlrd. 321,4 mln. kubmetri isə ixrac edilib”, – deyə vitse-prezident vurğulayıb.

Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

SOCAR hasil olunan xam neft və qazın maya dəyərini açıqlayıb - Milliyol.az