Siyəzəndə yük avtomobili aşıb: 1 yaralı


Siyəzən rayonunun Təzəkənd kəndində "SHACMAN" markalı yük avtomobili yol kənarına aşıb

FHN-dən verilən məlumata görə, qəza zamanı sürücü, 1969-cu il təvəllüdlü Məmmədov Seymur Ağaməd oğlu xəsarət alıb və avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.
Siyəzəndə yük avtomobili aşıb: 1 yaralı - Milliyol.az