Əfqan Sadıqov həbs edildi

Siyəzəndə kanalda qadın meyiti tapılıb


FHN-dən milli.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.
Siyəzəndə kanalda qadın meyiti tapılıb - Milliyol.az