Əfqan Sadıqov həbs edildi

Şirvanda zavodda partlayış: Ölən və yaralanan var

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib.

Nazirlikdən MilliYol.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hərbi sursatın partlaması nəticəsində Mehman Əhmədov hadisə yerində ölüb.

Şirvan şəhər, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bu dövrdə xəbər yoxdur.

Şirvanda zavodda partlayış: Ölən və yaralanan var - Milliyol.az