Əfqan Sadıqov həbs edildi

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb


Şirvan şəhər sakinini əqrəb sancıb

MilliYol.Az məlumatına görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.
 
E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.
 
Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.(APA)
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb - Milliyol.az