Əfqan Sadıqov həbs edildi

Şirvan sakini qonşusunu maşınla qəsdən vurdu


Şirvan şəhər sakini aralarında yaranan münaqişəyə görə qonşusunu maşınla qəsdən vurub

APA-nın məlumatına görə, Şirvan şəhəri, Y.Çəmənzəmənli küçəsində yaşayan qonşular arasında münaqişə yaranıb. Daha sonra qonşulardan biri avtomobillə digər qonşunu vurub. Nəticədə ağır bədən xəsarətləri alan 1996-ci il təvəllüdlü Şıxıyev Rahim Şıxı oğlu Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər ona ilkin olaraq çanağın əzilməsi diaqnozu qoyublar.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Şirvan sakini qonşusunu maşınla qəsdən vurdu - Milliyol.az